İqtisadiyyat

Azərbaycan İspaniyaya neft ixracını iki dəfədən çox artırıb

Sharing is caring!


2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan İspaniyaya 826 905 tondan çox neft və neft məhsulları ixrac edib ki, bu da Azərbaycanın ümumi xammal ixracının 8,95 faizini təşkil edir.

“Trend” xəbər verir ki, bu göstərici illik hesablamada 2,14 dəfə və ya 441 038 tondan çox artıb.

Hesabat dövründə Azərbaycandan İspaniyaya neft və neft məhsulları ixracı dəyər ifadəsində 526 milyon 641 min dollardan çox olub ki, bu da 2022-ci ilin analoji dövrü ilə müqayisədə 98,4 faiz və ya 261 milyon 183 min dollar çoxdur.

Bütünlükdə 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan 9 milyon 236 min tona yaxın neft və neft məhsulları ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi (9,5 milyon ton) ilə 2,6 faiz azdır. Dəyər ifadəsində neft ixracı 5 milyard 715 milyon dolları ötüb ki, bu da 2022-ci ilin yanvar-aprel aylarının göstəricisindən 12,7 faiz və ya 829 564 dollar azdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir