İqtisadiyyat

SOCAR “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası təşkil edib – FOTO

Sharing is caring!


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Heydər Əliyev İli” çərçivəsində Tədbirlər Planına uyğun olaraq ulu öndərin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası təşkil edib.

SOCAR xəbər verir ki, aksiya şirkətin baş ofisinin ərazisində keçirilib.

Aksiyada SOCAR-ın prezidenti Rövşən Nəcəf, birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və “SOCAR Könüllüləri” qrupunun üzvləri simvolik olaraq üç ağac əkiblər.

SOCAR-ın vitse-prezidentlərinin və SOCAR prezidentinin müşavirlərinin də iştirakı ilə aksiya eyni gündə SOCAR-ın 20-dən çox müəssisə və təşkilatının ərazisində təşkil olunub və rəmzi olaraq ümumilikdə 1 923 ağac əkilib.

Tədbir çərçivəsində aksiyanın keçirildiyi ərazilərdə müvafiq abadlıq işləri də aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir