İqtisadiyyat

Azərbaycan KOB-ları Moskva ilə əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə edib

Sharing is caring!


İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Moskva hökumətinin nümayəndələri ilə görüşdə işgüzar dairələr arasında əməkdaşlıq, KOB-lar arasında əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə edib.

KOBİA-dan verilən məlumata görə, Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanda səfərdə olan Moskva hökumətinin naziri, Moskva şəhərinin xarici iqtisadi və beynəlxalq əlaqələr şöbəsinin müdiri Sergey Çeremin və Moskva İxrac Mərkəzinin icraçı direktoru vəzifəsini icra edən Vitaliy Stepanov ilə görüşüb.

Görüşdə hər iki ölkənin işgüzar dairələri və müvafiq qurumları ilə əməkdaşlıq, KOB-lar arasında əlaqələrin genişləndirilməsi imkanları, onların iştirakı ilə birgə tədbirlərin təşkili barədə fikir mübadiləsi aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir