İqtisadiyyat

Prezidentin köməkçisi: “Ölkəyə müxtəlif sektorlardan 300 milyard dollardan çox investisiya daxil olub” – VİDEO

Sharing is caring!


“Biz yeni fəaliyyətə başlayanda Dövlət Neft Fondunun 270 milyon dollar vəsaiti var idi, indi isə 50 milyard dollardan çoxdur”.

APA xəbər verir ki, bunu Prezidentin iqtisadi məsələlər üzrə müşaviri Şahmar Mövsümov “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Son 20 il ərzində Azərbaycan ÜDM-i 3,6 dəfə, iqtisadiyyata investisiya isə 4 dəfə artıb. Ölkəyə müxtəlif sektorlardan 300 milyard dollardan çox investisiya daxil olub. İstənilən rəqəmlər faizlə deyil, dəfə ilə ölçülür. Bunun bünövrəsi Heydər Əliyev tərəfindən yaradılıb və hazırda İlham Əliyev tərəfindən davam etdirilir”, – deyə Şahmar Mövsümov vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir