İqtisadiyyat

Dövlət Neft Fondu bu il ABŞ dövlət istiqrazlarına yatırımı artırıb

Sharing is caring!


Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2023-cü ilin birinci rübü üzrə investisiya portfelində qitələr üzrə baş verən dəyişikliyə aydınlıq gətirib.

APA-nın sorğusuna cavab olaraq ARDNF-dən bildirilib ki, bu ilin birinci rübündə Afrika qitəsi üzrə investisiyaların həcmində cüzi artım olmasına baxmayaraq, Fondun ümumi aktivlərində müşahidə olunan 9%-lik artım səbəbindən sözügedən qitənin ümumi investisiya portfelində payı azalıb (cari pay 0,04%). Qeyd edilib ki, Avropa, Asiya və beynəlxalq təşkilatların portfeldəki paylarında faiz göstəricisi üzrə azalma da eyni səbəbdən baş verib.

Neft Fondu, həmçinin, yatırımlarla bağlı əsas dəyişikliyin Şimali Amerika regionu ilə bağlı müşahidə olunduğunu açıqlayıb:

“Belə ki, sözügedən region üzrə bu ilin ilk üç ayında investisiyalar 2,4% artıb. Şimali Amerika üzrə investisiyaların artımının mənbəyi mənfəət neftinin və qazın satışından əldə olunan gəlirlərin əsas hissəsinin borc öhdəlikləri və səhm altportfellərinə yönləndirilməsidir. Səhm altportfelinə yatırılmış hissənin, indeks bölgüsünə uyğun olaraq, 60%-i Şimali Amerikanın payına düşür. Əlavə olaraq, mənfəət neftinin və qazın satışından əldə olunan gəlirin bir hissəsinin ABŞ dövlət istiqrazlarına yatırılması da portfeldə Şimali Amerikanın payını artırıb. Artımın digər hissəsi isə bazarlarda baş verən dəyişikliklərlə əlaqədar qiymət artımına təsadüf edir”.

Fond əlavə edib ki, maliyyə bazarlarında baş verən qiymət dəyişiklikləri portfelin tərkibinə daxil olan maliyyə aktivlərinin qiymətlərinə təsir etdiyindən həmin aktivlər üzrə birbaşa yatırım və ya satış olmadan belə, onların portfeldə çəkisi dəyişə bilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir