Cəmiyyət

Kürdəmirdə bir ton yarım naringi yüklənmiş avtomobil yanıb – FOTO

Sharing is caring!

Kürdəmir rayonu ərazisində bir ton yarım naringi yüklənmiş avtomobil hərəkətdə olarkən anidən yanıb.

“Report” xəbər verir ki, hadisə Bakı-Qazax əsas avtomobil yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Sürücü, 34 yaşlı Qazax rayon sakini Davudov Elvin Adil oğlu əvvəlcə yanğını özü söndürməyə cəhd etsə də, buna nail ola bilməyib.

Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub və yanğın söndürülüb.

Hadisəyə səbəb isə avtomobilin elektrik naqillərindəki qısaqapanma göstərilir. Hazırda fakt araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir