İqtisadiyyat

Komissiya sədri: “IGB vasitəsilə Azərbaycandan qaz tədarükü 1,2 milyard kubmetrədək artırılacaq”

Sharing is caring!


“Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB ) vasitəsilə Azərbaycandan təbii qaz tədarükünün 1,2 milyard kubmetrə qədər artırılması ilə bağlı razılaşma var”.

“Report”un Sofiyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bolqarıstanın Enerji və Su Tənzimləmə Komissiyasının (ESTK) sədri İvan İvanov deyib.

Komissiya rəhbəri qeyd edib ki, Bolqarıstan hazırda IGB vasitəsilə Azərbaycandan bir milyard kubmetr təbii qaz alır:

“Təbii ki, lazım gələrsə, həcmin daha da artırılması üçün həll yolu tapacağıq”.

Onun sözlərinə görə, Bolqarıstan üçün Azərbaycan və Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıq çox vacibdir:

“Bolqarıstan üçün tədarükün şaxələndirilməsini təmin etmək və ölkənin təbii qaz bazarında sağlam rəqabətə nail olmaq çox vacibdir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir