Cəmiyyət

TƏBİB-dən vəzifəli şəxslərin karantini pozaraq toy etmələri ilə bağlı AÇIQLAMA

Sharing is caring!

Yoluxmaların artımının qarşısının alınması üçün monitorinqlər aparılır. Təəssüf ki, toy və yas mərasimlərinin keçirilməsi ilə bağlı neqativ məqamlar aşkarlanır.

Oxu.Az-ın müxbiri operativ brifinqin brifinqindən xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, Nazirlər Kabinetinin qərarı hər kəs üçün keçərlidir:

“Biz hər birimiz bu qərara riayət etməliyik ki, yoluxma sayı aşağı düşsün. Təəssüf ki, dediyiniz məqamlar mövcuddur və sizin də dediyiniz kimi, aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür.

Biz, sadəcə olaraq, vətəndaşlarımızı yeni qaydalarla yaşamağa öyrəşməyi və həm özlərini, həm də ətrafındakıları virusdan qorumağa səsləyirik”.

Qeyd edək ki, son günlər bir sıra vəzifəli şəxslərin ailələrində toy mərasimləri xəbərləri yayılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir