İqtisadiyyat

“İşğaldan azad olunmuş ərazilərdə xəstəliklərdən azad zonalar yaradılması prioritet istiqamətlərdəndir”

Sharing is caring!


“Qərbi Avrasiya ölkələrində xırdabuynuzlu heyvanların taun xəstəliyi üzrə planın məsləhətləşməsi, eləcə də dabaq xəstəliyi ilə mübarizə çərçivəsində yol xəritəsinin planlaşdırılmasına çalışılır”.

Oxu.Az xəbər verir ki, bunu AQTA-nın sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu iki xəstəlik xüsusi zoonoz xəstəliklər hesab olunur və ölkədə son dövrlərdə heyvanlar arasında bu xəstəliklərin yoxlanılmasına dair monitorinqlər keçirilir:

“Beynəlxalq Təşkilatlara da bu monitorinqlərin cavabları göndərilib. Məqsədimiz yaxın zamanda Azərbaycanı xırdabuynuzlu heyvanların arasında bu xəstəliklərdən təmizlənmiş bir ölkəyə çevirək. Dabaq xəstəliyi də zoonoz xəstəliklər arasında xüsusi bir xəstəlikdir. Heyvan mənşəli məhsulların ixracı zamanı bilavasitə iqtisadi əlaqələrə mane olan bir xəstəlikdir. Bununla bağlı ölkə başçısı tərəfindən qəbul edilən birinci Böyük Qayıdış proqramında işğaldan azad edilmiş ərazilərdə xəstəliklərdən azad zonaların yaradılması ilə bağlı xüsusi tədbirlər planı nəzərdə tutulub. Yaxın zamanda Ümumdünya Heyvansağlamlığı Təşkilatının, FAO təşkilatının ekspertləri ilə, eləcə də respublikanın baş baytar müfəttişi ilə birgə işğaldan azad edilən ərazilərə baxış keçirilib. Həmin xəstəliklərdən azad zonaların hansı yerlərdə yaradılması daha uyğundur deyə prioritetlər müəyyənləşdirilib. Düşünürük ki, bu zonalar yaradılaraq dabaq xəstəliyinə qarşı vaksinasiya aparılacaq. Heyvanmənşəli məhsulların ölkəmizdən ixracı sayəsində mühüm addımlar atılacaq”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir