İqtisadiyyat

Azərbaycanla İsrail investisiyaların təşviqini müzakirə ediblər – FOTO

Sharing is caring!


“Azərbaycanla İsrail arasında investisiyaların və ticarət əlaqələrinin təşviqi müzakirə edilib”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.

Nazir qeyd edib ki, bununla bağlı bu gün Bakıda Azərbaycan və İsrail hökumətləri arasında Birgə Komissiyanın iclasında müzakirələr keçirilib:

“İkitərəfli iqtisadi əməkdaşlıq üzrə gündəlikdə olan məsələləri nəzərdən keçirdik. Həmçinin, ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq istiqamətləri, innovativ texnologiyaların tətbiqi üzrə fikir mübadiləsi aparılıb”.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir