İqtisadiyyat

Azərbaycan və İsrail ətraf mühitin mühafizəsi ilə bağlı saziş imzalayıb – FOTO

Sharing is caring!


Azərbaycan və İsrail arasında ətraf mühitin mühafizəsi sahəsində saziş imzalanıb.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında bildirib.

“Saziş ölkələrimizin ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığının möhkəmləndirilməsinə və resurslardan səmərəli istifadə imkanlarının artırılmasına xidmət edir”, – deyə o qeyd edib.

Sazişi Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və İsrailin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Kohen imzalayıblar.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir