İqtisadiyyat

ARDNF-nin aktivləri 53 milyard dolları keçib

Sharing is caring!


Bu ilin I rübündə Dövlət Neft Fondunun (ARDNF) aktivləri 9% artaraq bu il aprelin 1-nə 53 437,6 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Dövlət Neft Fondu məlumat yayıb.

Məlumata görə, yanvar-mart aylarında ARDNF-in büdcə gəlirləri 7 643,3 milyon manat, büdcə xərcləri isə 1 584,3 milyon manat təşkil edib.

Fondun valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı büdcədənkənar xərcləri isə 1 427,6 milyon manat olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir