İqtisadiyyat

Bakı və Qinqdao limanları arasında anlaşma memorandumu imzalanıb

Sharing is caring!


“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı limanı) Çinin ən böyük limanlarından biri olan Qinqdao limanı ilə anlaşma memorandumu imzalayıb. 

Oxu.Az xəbər verir ki, anlaşma memorandumuna görə, həm də Qinqdao limanından Yaponiya və Cənubi Koreyadan gələn yüklərin “Orta Dəhliz” vasitəsi ilə Azərbaycandan daşınması mümkün olacaq.

Memorandumun əsas məqsədi Azərbaycandan keçən “Orta Dəhliz” vasitəsi ilə daha böyük həcmdə tranzit yük axınını cəlb etmək, adı çəkilən limanlar arasında qarşılıqlı faydalı əməkdaşlığı formalaşdırmaq və inkişaf etdirməkdir. 

Çin, Mərkəzi Asiya və Avropaya yük nəqlində əhəmiyyətli paya sahib olan bu limanlar qrupu 2022-ci ildə dünya üzrə rekorda həcmdə illik 1,6 milyard tondan çox yük aşırıb, göstərici hər il daha da artır. 

Üstəlik bu limanlar qrupu ötən il TEU ekvivalentində 37 milyondan çox konteyner aşırarıq dünya üzrə ən çox konteyner aşıran 3-cü liman olub.

Qeyd edək ki, yükaşırmada tətbiq olunan süni intellekt və 5G texnologiyaları vasitəsi ilə liman keçən il 26 milyon TEU konteyner aşırıb. 

Yükaşırmasına görə Qinqdao limanı Çinin 3-cü ən böyük limanıdır. Qinqdao limanının daxil olduğu Şandonq Port Qrupu Çin daxilində və ondan kənarda ən sürətlə inkişaf edən beynəlxalq şirkətdir. 

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir