İqtisadiyyat

Azərbaycan “Airbus”la əməkdaşlığın genişləndirilməsini müzakirə edib – FOTO

Sharing is caring!


İqtisadiyyat Nazirliyində “Airbus” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Nazirlikdən verilən məlumata görə, şirkətin nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə müzakirə aparılıb, ölkəmizdə xarici şirkətlərin fəaliyyəti üçün yaradılmış imkanlar diqqətə çatdırılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Airbus” şirkətinin icraçı vitse-prezidenti və Avropa üzrə prezidenti Vouter Van Vörş ilə görüşüb.

Görüşdə ölkəmizdə xarici şirkətlərin fəaliyyəti üçün yaradılmış imkanlar, biznes və investisiya mühiti barədə məlumat verilib, əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında müzakirə aparılıb. Ölkəmizin təyyarə parkının yenilənməsi çərçivəsində Azərbaycan Hava Yolları (AZAL) QSC ilə “Airbus” şirkəti arasında imzalanan müqavilənin əhəmiyyəti vurğulanıb, “Airbus”la əməkdaşlıq çərçivəsində alınacaq yeni təyyarələrin milli aviadaşıyıcımızın səmərəliliyini və rəqabət qabiliyyətini artırmağa, sərnişinlərin yüksək səviyyədə rahatlığını təmin etməyə imkan verəcəyi qeyd edilib.

“Airbus” 2000-ci ildə Fransanın “Aerospatiale-Matra”, Almaniyanın “DaimlerChrysler Aerospace” və İspaniyanın “Construcciones Aeronáuticas SA” şirkətləri də daxil olmaqla Avropanın bir neçə aerokosmik şirkətinin birləşməsi ilə yaradılıb. “Airbus” dünyanın ən böyük təyyarə istehsalçılarından biridir və portfelində 150-dən çox təyyarə modeli var.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir