İqtisadiyyat

Nazir: “AZAL ölkədə illik gəlirləri bir milyard manatın üzərində olan nadir şirkətlərdəndir”

Sharing is caring!


“Azərbaycan Hava Yolları” (AZAL) QSC ölkədə nadir şirkətlərdəndir ki, onun illik gəlirləri 1 milyard manatın üzərindədır”.

“Report” xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycan milli aviadaşıyıcısı (AZAL) “A320neo” və “A321neo” laynerləri daxil olmaqla “A320neo” ailəsinə aid 12 “Airbus” təyyarəsinin alınması ilə bağlı bu gün Bakıda keçirilən imzalanma mərasimində deyib.

Onun sözlərinə görə, bu müqavilənin imzalanması yalnız AZAL-ın gələcək fəaliyyətində deyil, həmçinin ölkənin gələcək inkişafı üçün atılmış mühüm addımlardan biridir:

“Ölkəmiz müstəqillik qazanandan sonra AZAL ölkədə yaradılan ilk şirkətlərdən biridir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir