İqtisadiyyat

Problemli kreditlər yenidən artmağa başlayıb – VİDEO

Sharing is caring!


Azərbaycanda problemli kreditlər yenidən artmağa başlayıb.

Mərkəzi Bankın açıqladığı hesabata əsasən, bu ilin fevralında problemli kreditlərin həcmi 22 milyon manat artaraq 606 milyon manata yüksəlib. Yanvarın sonunda isə bu məbləğ 584 milyon manat olub.

İqtisadçı Rəşad Həsənovun “Xəbər Ertəsi”nə deyib ki, problem 2023-cü ilin yanvar və fevral aylarında deyil, ötən ilin sonuncu rübündədir. Çünki qanunvericilikdə 90 gündən çox gecikmə olduğu halda, kredit vaxtı keçmiş hesab edilir.

Ekspert deyir ki, Azərbaycanda problemli kreditlərin həcmi 3 faiz ətrafındadır.

Qəbul edilən hədd olmasına baxmayaraq, bu sayı da azaltmaq üçün müəyyən işlər görülməlidir.

Qeyd edək ki, 2022-ci il martın 1-də problemli kreditlərin məbləği 690 milyon manat olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir