İqtisadiyyat

“Azəriqaz”: “Üç ayda 547 əməkdaşımıza töhmət vermişik”

Sharing is caring!


“Bu ilin üç ayı ərzində SOCAR “Azəriqaz” İstehsalat Birliyinin 547 əməkdaşına töhmət verilib”.

APA xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində jurnalıstlər və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, bu tədbirlər abonentlərin məmnunluğunu təmin etmək məqsədi daşıyır.

“Bizim məqsədimiz abonent məmnunluğuna nail olmaqdır. Əgər kimsə abonentlərin məmnunluğu yolunda bizə mane olacaqsa, onları inzibati qaydada tənbeh, islah edəcəyik ki, abonentə qarşı daha adekvat, demokratik, daha xidmətkar olsun. Bizim məqsədimiz, amalımız yalnız bundan ibarətdir”, – deyə Eldəniz Vəliyev vurğulayıb.

Qeyd edək ki, hazırda “Azəriqaz” İB-nin abonentlərinin sayı 2,5 milyona çatıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir