İqtisadiyyat

Kerobyan: “Türkiyə ilə quru sərhədinin açılması Ermənistan üçün təhlükə deyil, fürsətdir”

Sharing is caring!


“Türkiyə ilə quru sərhədinin açılması Ermənistan iqtisadiyyatı üçün təhlükə deyil, fürsətdir”.

Bunu Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan bildirib.

“İdxal baxımından Türkiyə ilə sərhəd uzun müddətdir açıqdır. Türkiyə istehsalçılarının Ermənistanda məhsullarını satmaqda heç bir problemi yoxdur və uzun müddətdir ki, bununla məşğuldurlar. Başqa bir məsələ də ondan ibarətdir ki, erməni şirkətlərinin hələ də Türkiyə bazarlarına giriş imkanı yoxdur. Biz əminik ki, sərhədin açılması təhdiddən daha çox fürsətdir”, – Kerobyan deyib.

O hesab edir ki, bu fürsətdən istifadə etmək üçün erməni şirkətləri öz məhsuldarlığını və səmərəliliyini artırmalıdırlar.

Mənbə: Sputnik Ermənistan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir