İqtisadiyyat

Azərbaycan xarici avtomobil istehsalçıları ilə əməkdaşlığı müzakirə edib – YENİLƏNİB + FOTO

Sharing is caring!


İqtisadiyyat naziri Mikayıl Cabbarov “General Motors International” şirkətinin vitse-prezidenti Coni Saldana, Özbəkistanın “Uzavtosanoat” SC-nin İdarə Heyətinin sədri Şavkat Umurzakov və “Uno Minda” şirkətinin rəhbəri Nirmal Kumar Minda ilə görüşüb.

Oxu.Az nazirliyə istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Özbəkistan qarşılıqlı faydalı iqtisadi əməkdaşlığının müxtəlif istiqamətlər, o cümlədən, avtomobil sənayesi üzrə genişləndirilməsi üçün böyük imkanlar vurğulanıb, avtomobil sənayesinin tərəfdaşlıqda prioritet sahələrdən biri olduğu qeyd edilib. 

Tərəflər avtomobil istehsalı sahəsində əməkdaşlığın inkişafı, istehsalın lokallaşdırılması, xarici bazarlara birgə ixrac məsələləri barədə fikir mübadiləsi aparıblar.

17:40

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov xarici aparıcı avtomobil istehsalçıları ilə əməkdaşlıq məsələlərini müzakirə edib.

Bunu nazir Mikayıl Cabbarov “Twitter”də bildirib.

“General Motors” (GM) şirkətinin vitse-prezidenti Coni Saldana, “UNO MİNDA” (Unomindacom) şirkətinin rəhbəri Nirmal Kumar Minda (MindaNirmal), “Uzavtosanoat” SC-nin İdarə Heyətinin sədri Şavkat Umurzakov ilə görüşdə birgə əməkdaşlıq barədə fikir mübadiləsi apardıq”, – deyə o qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir