İqtisadiyyat

SOCAR-la IDB enerji və rəqəmsallaşma sahəsində əməkdaşlığı nəzərdən keçirirlər – FOTO

Sharing is caring!

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə İslam İnkişaf Bankı (IDB) arasında neft, qaz, bərpa olunan enerji və rəqəmsallaşma sahəsində mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Bu barədə SOCAR prezidenti Rövşən Nəcəfin IDB qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casiri ilə görüşündə bildirilib.

Görüşdə Azərbaycan ilə IDB arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib, bank tərəfindən ölkəmizdə müxtəlif sahələrdə həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb.

SOCAR-ın ölkə daxilində və xarici ölkələrdə həyata keçirdiyi investisiya layihələri, o cümlədən Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən Cənub Qaz Dəhlizi haqqında məlumat verilib.

Görüş çərçivəsində SOCAR-ın uzunmüddətli strategiyasından bəhs edilib, rəqəmsal və innovativ texnologiyaların tətbiqinin, habelə bərpa olunan enerji mənbələrinin inkişafının prioritet istiqamətlər olaraq müəyyənləşdirildiyi qeyd olunub. Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir