İqtisadiyyat

Rəşad Nəbiyev: “İran, Rusiya və Türkiyəyə daşımalarda Azərbaycan daşıyıcıların üstünlüyü artıb”

Sharing is caring!

“2021-ci ildə Azərbaycanda sərhədi keçmiş Azərbaycan nömrəli avtomobillərin sayı təxminən 2 200 idisə, bu gün avtomobillərin sayı təxminən 8 500 ətrafındadır”.

Bunu REAL TV-yə müsahibəsində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Nazir bildirib ki, burada bir neçə faktor var:

“Birincisi, kölgə iqtisadiyyatında fəaliyyət göstərən avtomobillərin artıq şəffaflaşması prosesi getdi. İkincisi, beynəlxalq daşımalarda ədalətli qaydalar tətbiq edildikdən sonra həmin daşıyıcılar, yəni yerli sahibkarlar istiqamətlərini artıq beynəlxalq daşımalara yönəltdilər. Üçüncüsü, sahibkarlar artıq bu sahənin onlara səmərə gətirəcəyi və qoyduqları investisiyanın geri dönəcəyinə inandıqları üçün avtomobil idxalı ilə məşğul olmağa başladılar. Dördüncüsü, əvvəllər bizim ölkəyə təxminən 3 000 ətrafında daşımalar üçün “İcazə” blankı verilirdisə, aparılan danışıqlar nəticəsində Rusiya bu “İcazə” blanklarını təxminən 11 000 ədədə çatdırdı”.

R.Nəbiyev qeyd edib ki, əgər əvvəllər, xüsusilə İran, Rusiya və Türkiyə istiqamətində daşımalarda bu ölkələrin avtomobil daşıyıcıları mütləq üstünlüyə sahib idilərsə, artıq keçən ildən etibarən dəyişiklik baş verib:

“Yəni Azərbaycanın daşıyıcıları daha çox yük daşımağa başlayıblar”.

Onun sözlərinə görə, 2022-ci ildə 2021-ci illə müqayisədə avtomobil daşımaları Azərbaycanda təxminən iki dəfə, tranzit daşımaları təxminən iki dəfəyə yaxın artıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir