İqtisadiyyat

Azərbaycan sitrus meyvələrinin ixracını 10 dəfəyədək artırıb

Sharing is caring!

2023-cü ilin yanvar ayında Azərbaycandan 678,6 ton həcmində sitrus meyvələri ixrac olunub.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,9 dəfə çoxdur.

Qeyd edilir ki, Azərbaycandan 475,5 min ABŞ dolları dəyərində sitrus meyvələri ixrac olunub.

Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 289,5 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Aylıq xarici ticarət dövriyyəsinin 1 milyard 876,8 milyon ABŞ dolları ixracın, 1 milyard 412,7 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir