İqtisadiyyat

Kadri Simson: “Avropanın çətin vəziyyətində Azərbaycan bizə köməyə gəldi” – FOTO/VİDEO

Sharing is caring!

“2022-ci ildə biz Avropada enerji böhranı ilə qarşılaşdıq”.

Oxu.Az xəbər verir ki, bu barədə Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının yekunlarına dair keçirilən brifinqdə deyib.

K.Simsonun qeyd edib ki, Avropanın bu çətin vəziyyətində Azərbaycan bizə köməyə gəldi:

“Bu dövrdə biz bildik ki, Avropanın günəş və külək enerjisi potensialı azdır. Biz məcbur olduq ki üzv ölkələrə enerji istismarını azaltmalarını deyək. Azərbaycan da məhz bu çətin məqamda bizə köməyə gəldi və Avropaya qaz təchizatını 40%-ə qədər artırdı”.

Daha çox şəkil burada: PhotoStock.az
Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir