İqtisadiyyat

Nazir: “Azərbaycanın sənaye zonalarının 116 rezidenti var” – FOTO

Sharing is caring!

İndiyə qədər Azərbaycanın sənaye zonalarında 116 sahibkarlıq subyektinə rezident statusu verilib və onlardan 65-i artıq fəaliyyətə başlayıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında bildirib.

“2022-ci ildə bu müəssisələr ümumilikdə 2,9 milyard manat dəyərində məhsul satıb ki, bunun da 1 milyard manatı ixracın payına düşüb. 2021-ci illə müqayisədə satış 20,6%, ixrac isə 10,1% artıb. Sənaye zonalarında 10 400-dən çox iş yeri yaradılıb. Mövcud layihələr üzrə əlavə 460 milyon manata yaxın investisiyanın yatırılması və 4 200-dən çox iş yerinin yaradılması nəzərdə tutulur”, – deyə o qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir