İqtisadiyyat

Mikayıl Cabbarov Naxçıvanla bağlı hədəfləri AÇIQLADI

Sharing is caring!

İqtisadiyyat Nazirliyi 2023-cü ildə Naxçıvan Muxtar Respublikasındakı Prezidentin səlahiyyətli nümayəndəliyi ilə birgə digər dövlət qurumlarının və sahibkarların iştirakı ilə Naxçıvanda böyük tədbir keçirməyi planlaşdırır.

“Report” xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov “Dayaq” mükafatının təqdimat mərasimində deyib.

“Hədəfimiz Naxçıvanda reallaşdıra bilmədiyimiz iqtisadi potensialı, insan potensialını istifadə etməkdir”, – nazir qeyd edib.

M. Cabbarov Naxçıvanda iqtisadi fəaliyyətlə məşğul olan və biznes qurmaq istəyən bütün sahibkarları görüşə dəvət edib.

Həmçinin nazir qeyd edib ki, qardaş Türkiyə ilə olan iqtisadi münasibətlərin inkişafı üçün Azərbaycanın aidiyyətı dövlət orqanları ilə sahibkarlar arasında səmərəli diskussiya aparılmalıdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir