Müharibə

Fərid Şəfiyev: “Azərbaycanla Ermənistan arasında danışıqlar üçün Vaşinqton formatı yarana bilər”

Sharing is caring!

“Gələn il Ermənistan Brüsseldə aparılan danışıqlar üzrə üçtərəfli formata qayıda bilər”.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev 2022-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, bu, bir neçə məqamdan, o cümlədən Laçın yolundakı durumdan asılıdır:

“Maraqlıdır ki, Azərbaycan qalib dövlət olmasına baxmayaq, sülhə daha çox səy göstərir. Moskva və Brüssel formatı gələcəkdə bərpa oluna bilər. Həmçinin Vaşinqton formatı da yarana bilər. Amma başqa format ağlabatan görünmür”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir