İqtisadiyyat

Özgür Bayraktar: “İnvestorlarda problem axtarmayın, bir tətbiqlə türkdilli dövlətləri birləşdirə bilərik”

Sharing is caring!

“2025-ci ilə qədər böyük işlərə imza atacağıq”.

Oxu.Az xəbər verir ki, bunu Bakıda İslam Əməkdaşlığı Gənclər Forumunun (ICYF) və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumunda “Turan” startapının yaradıcısı Özgür Bayraktar deyib.

Onun sözlərinə görə, maliyyə texnologiyaları Türkiyədə inkişaf edib:

“Güclü ekosistem var. Türkiyədə 80 milyon kredit kartı, 200 milyon debet kartı var. Son 10 ildə qurulub. Elektron pul lisenziyalarının sayı artıb”.

Ö.Bayraktar qeyd edib ki, “Turan” startapı ilə türkdilli dövlətləri birləşdirməyə qərar veriblər:

“İnvestorlarda problem axtarmaq lazım deyil. İnam vacibdir. “Turan” tətbiqi ilə türkdilli dövlətləri birləşdirə bilərik. 2025-ci ilə qədər böyük işlər görüləcək”.

Özgür Bayraktar çıxışını “Qarabağ Azərbaycandır!” şüarı ilə başa vurub.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir