İqtisadiyyat

İstehlaka yararsız 300 kiloqram at cəmdəyi aşkarlandı – FOTO

Sharing is caring!

İsmayıllıda istehlaka yararsız 300 kiloqram at cəmdəyi aşkarlanıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, agentlik müfəttişləri tərəfindən Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə İsmayıllı rayonu ərazisində keçirilmiş reyd zamanı Zülfiyev Vüqar Təşkilat oğluna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində istehlaka yararsız 3 baş at cəmdəyi (300 kq) aşkar olunub.

Müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir