İqtisadiyyat

“Qazprombank”: “İnflyasiya riskləri nəzərə alınaraq, Azərbaycanda uçot dərəcəsinin artımı davam edəcək”

Sharing is caring!

Rusiya “Qazprombank”ı Azərbaycan Mərkəzi Bankının (AMB) artan inflyasiya riskləri fonunda dekabr ayında yenidən maliyyələşdirmə dərəcəsini 25 baza bəndi artıraraq 8,25%-ə çatdıracağını gözləyir.

“Report” xəbər verir ki, bu barədə “Qazprombank”ın Tədqiqatlar şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina bildirib.

“Oktybarın 28-də keçirilən iclasda AMB yenidən maliyyələşdirmə dərəcəsinin artırılması tsiklini bərpa edib, onu 25 baza bəndi artıraraq 8%-ə çatdırıb. Biz gözləyirdik ki, ölkə üzrə milli valyutada əmanətlərin artımında müsbət dinamikanın davam etməsi və əmanətlərin dollarlaşmasının azalması fonunda faiz dərəcəsi dəyişməz qalacaq.

Bundan əlavə, pul-kredit şərtlərinin tənzimlənməsi məqsədilə Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini 1 faiz bəndi qaldıraraq 5%-ə çatdırıb, yuxarı həddini isə 9,25% səviyyəsində saxlayıb. Bu, AMB-nin iqtisadiyyatda kredit fəaliyyətini tənzimləmək imkanlarını genişləndirəcək”, – G.Xaydarşina deyib.

Onun sözlərinə görə, bütün bunlarla yanaşı, AMB yenə də 2023-cü ildə inflyasiyanın yavaşlamasını gözləyir.

“İqtisadiyyatdakı risklərin tarazlığını şərh edən AMB qeyd edib ki, sonuncuya əsasən xarici amillər təsir edir. BVF-nin 2022-2023-cü illər üçün qlobal inflyasiya proqnozu əvvəllər proqnozlaşdırılandan daha yüksək qiymət artım templərini gözləməyə əsas verir. Digər tərəfdən, qlobal iqtisadiyyatda tənəzzül ehtimalının yüksək olması maliyyə və əmtəə bazarlarında tərəddüdlərin artmasına gətirib çıxara bilər. Mərkəzi Bankdan onu da vurğulayıblar ki, daxili makroiqtisadi siyasət bu risklərin azaldılmasına (o cümlədən büdcə qaydasının tətbiqi yolu ilə) yönəldiləcək. Pul-kredit siyasətinin əməliyyat əsasının davamlı şəkildə təkmilləşdirilməsi də buna kömək edəcək”, – “Qazprombank”ın nümayəndəsi söyləyib.

Eyni zamanda, onun sözlərinə görə, AMB yenidən maliyyələşdirmə dərəcəsinin trayektoriyası ilə bağlı heç bir siqnal verməyib, hərçənd ki, faiz dəhlizinin daha da darala biləcəyinə işarə edib və bu, həm də monetar şərtlərin sərtləşməsinə gətirib çıxaracaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir