İqtisadiyyat

Orxan Məmmədov: “Arbitrajın təbliğatı üçün seminarların keçirilməsinə KOBİA dəstək göstərə bilər”

Sharing is caring!

“Arbitraj qurumları yaradılarkən müvafiq dövlət dəstəyinin göstərilməsi, zəruri hüquqi bazanın yaradılması, dünyanın aparıcı arbitraj qurumları ilə sıx əlaqənin qurulmasını, bu sahədə inkişaf etmiş ölkələrin təcrübələrinin öyrənilməsini təklif edirəm”.

Oxu.Az xəbər verir ki, bunu Nyu-York Konvensiyasının şərhinə dair hakimlər üçün əl kitabının təqdimat mərasimində KOBİA rəhbəri Orxan Məmmədov deyib.

“Arbitraj bütün dünyada yerli sahibkarlar və xarici investorların mübahisələrinin həllində üstünlük verilən bir metoda çevrilib. Arbitraj və güclü arbitraj qanunvericiliyinin olması investor və sahibkarların nəzərə aldığı əsas məsələdir. Bu səbəblə də maarifləndirici xarakterli vəsaitlərin çap olunması önəmlidir. Eyni zamanda müxtəlif təlim və seminarların keçirilməsi aktual təbliğ metodlarından biri hesab edilə bilər. Arbitrajın təbliğatı üçün beynəlxalq təşkilatların iştirakı ilə birgə seminarların keçirilməsinə qurumumuz dəstək göstərə bilər”, – deyə qurum rəsmisi əlavə edib.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir