İqtisadiyyat

Anar Bağırov: “Mülki işlər üzrə instansiya məhkəmələrində dövlət hesabına hüquqi yardım göstəriləcək”

Sharing is caring!

“Azərbaycanda mülki işlər üzrə birinci instansiya və apellyasiya məhkəməsində dövlət hesabına hüquqi yardım göstəriləcək”.

Bu barədə “Report”a açıqlamasında Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov məlumat verib.

O bildirib ki, yaxın vaxtlarda bununla bağlı Mülki-Prosessual Məcəlləyə dəyişiklik ediləcək:

“Artıq layihə ilə bağlı müvafiq qurumlarla müzakirə aparılıb və razılaşdırma əldə olunub”.

“Onu da qeyd edim ki, indiyədək mülki işlər üzrə birinci instansiya və apellyasiya məhkəməsində dövlət hesabına hüquqi yardım göstərilməyib. Ancaq layihə qəbul olunandan sonra bu, mümkün olacaq”, – A.Bağırov vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir