İdman

“Qarabağ”ın “Frayburq”la matç üçün səfər proqramı AÇIQLANDI

Sharing is caring!

Avropa Liqasının qrup mərhələsində “Frayburq”la qarşılaşacaq “Qarabağ” sentyabrın 6-da, saat 17:00-da səfərə yola düşəcək.

Qol.az xəbər verir ki, Frayburq şəhərində hava limanı olmadığından Ağdam təmsilçisini aparacaq təyyarə 5 saatlıq uçuşdan sonra əvvəlcə İsveçrənin Bazel şəhərinə eniş edəcək.

Oradan isə komanda 60 kilometr məsafədə yerləşən Frayburqa yola düşəcək.

Sentyabrın 7-də yerli vaxtla saat 19:40-da (Bakı vaxtı ilə saat 21:40) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək.

“Frayburq”la matç sentyabrın 8-də keçiriləcək. Ağdam klubu Bakıya oyunun ertəsi günü, sentyabrın 9-da qayıdacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir