İdman

Azərbaycanın FIFA referisi “Benfika”nın oyununa təyinat alıb

Sharing is caring!

Azərbaycanın FIFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.

Bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, Məsiyev UEFA Gənclər Liqasında “Benfika” (Portuqaliya) – “Makkabi” (Hayfa, İsrail) oyununun baş hakimi olacaq.

Sentyabrın 6-da Portuqaliyanın Seyxal şəhərində keçiriləcək H qrupunun görüşündə ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ricardo Jorge Antunes Baixinho (Portuqalita) yerinə yetirəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir