İdman

Barselona təcrübəli hücumçusunu məşhur müdafiəçi ilə dəyişir – FOTO

Sharing is caring!

“Çelsi” “Barselona” ilə ispan müdafiəçi Markos Alonso ilə Pyer-Emerik Obameyanqın dəyişdirilməsi məsələsində razılığa gəlib.

Bu barədə idman jurnalisti Fabrisio Romano məlumat verib.

Hazırda tərəflər sövdələşmənin maliyyə detalları üzərində işləyirlər.

Digər tanınmış insayder Canluka Di Marsio “Çelsi”nin transfer qiymətinin 18 milyon avro və müdafiəçi Markos Alonso olacağını deyib. İspan klubunun hücumçusunun evində qarət zamanı çənəsinin qırılması belə sövdələşmədə maneəyə çevrilməyəcək.

Di Marsio müqavilənin tamamlanmasının tezliklə elan ediləcəyinə inanır.

Qeyd edək ki, 33 yaşlı Obameyanq bu qış “Barselona”ya keçib. O, La Liqada 18 oyuna çıxıb və 11 qol vurub.

31 yaşlı Alonso 2016-cı ildən “Çelsi”də çıxış edir. İngiltərə Premyer Liqasının cari mövsümündə o heç bir oyun keçirməyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir