İdman

Azərbaycan Tennis Federasiyasının ümumi yığıncağı keçirilib – FOTO

Sharing is caring!

Bu gün Azərbaycan Tennis Federasiyasının ümumi yığıncağı keçirilib. 

Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə yığıncaq iştirakçılarını salamlayan nazir Fərid Qayıbov onlara uğurlar arzulayıb.

Federasiya prezidenti Oqtay Əsədov yığıncaqda çıxış edərək təşkilatın fəaliyyəti və qarşıdakı planlar barədə məlumat verib.

Sonra, Azərbaycan Tennis Federasiyasının hesabatı dinlənilib yeni seçki keçirilib. Oqtay Əsədov yenidən növbəti müddətə federasiyanın prezidenti seçilib.

Yığıncaqda həmçinin Gülməmməd Cavadov federasiyanın vitse-prezidenti, Mehman Qocayev, Fərid Şirinov, Salam Əsgərəlizadə və Yalçın Manaflı İdarə Heyətinə üzv seçiliblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir