İdman

“Çelsi” azlıqda qalsa da, “Mançester Siti” hesabda geri düşsə də, qalib gəldi, “Liverpul”dan qol şousu

Sharing is caring!

İngiltərə Premyer Liqasında IV tur davam edir.

Oxu.Az xəbər verir ki, bu gün bir sıra maraqlı qarşılaşmalar oynanılıb.

Mövsümə yaxşı start verə bilməyən “Liverpul” öz meydanında “Bornmut”la qarşılaşıb. İlk üç turda cəmi iki xal toplaya bilən Yürgen Kloppun yetirmələri bütün hirsini rəqibindən çıxıb. Mersisaydlılar qonaqların qapısından düz doqquz cavabsız top keçirib.

“Mançester Siti” isə “Kristal Palas” qarşısında ilk hissəsini 0:2 hesabı ilə bitirdiyi oyunu möhtəşəm “comeback” edərək 4:2 hesablı qələbə ilə yekunlaşdırıb.

“Çelsi” – “Lester” görüşü də maraqlı alınıb.

“Zadəganlar” təxminən bir saata yaxın azlıqda oynadığı görüşdə “tülkülər”i Londan əliboş yola salıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir