İdman

Azərbaycan millisinin FIFA reytinqindəki mövqeyi dəyişməyib

Sharing is caring!

Azərbaycan millisinin FIFA reytinqindəki mövqeyi dəyişməz qalıb.

Canni De Byazinin baş məşqçi olduğu kollektiv 1127 xalla 128-ci sırada qərarlaşıb.

Yığmanın UEFA Millətlər Liqasındakı rəqiblərdən Slovakiya 1439 xalla 50-ci, Belarus 1226 xalla 96-cı, Qazaxıstan isə 1166 xalla 114-cü yerdədir.

1475 xala malik Türkiyə seçməsi 42 sıradakı mövqeyini qoruyub.

Reytinqin ilk pilləsində də dəyişiklik baş verməyib. Braziliya millisi (1837) siyahıya başçılıq edir. 1821 xala malik Belçika 2-ci, 1770 xalı olan Argentina isə 3-cü pillədədir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir