İdman

Mahir Emreli: “Çox sevincliyəm” – VİDEO

Sharing is caring!

Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu “Dinamo Zaqreb” Norveç “Bude Qlimt”ini 4:1 hesabı ilə məğlub edərək Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib. 

Milli futbolçu oyundan sonra təəssüratlarını Sports.az saytına bölüşüb: 

“Oyun çox ağır keçdi. Bütün uşaqlar meydanda son ana qədər vuruşdu, can qoydu. 
Həqiqətən çox sevincliyəm. ÇL qrupuna düşmək mövsüm üçün qarşımıza qoyduğumuz məqsədlərdən biri idi və komandamız bunu bacardı. 
Həm komandam, həm də öz adıma doğrudan da çox sevincliyəm. Bir daha Çempionlar Liqasının qrupunda oynamaq xoş olar”. 

25 yaşlı forvard Xorvatiya çempionuna adaptasiyası ilə bağlı bunları deyib: 

“Uyğunlaşma prosesi çoxdan keçib. Bütün komanda yoldaşlarımla xoş münasibətim var. Ümumiyyətlə, kollektivimiz yaxşıdı. Komandanın içində, xüsüsən futbolçular arasında mehribançılıqdı”. 

Emreli mövsümdən gözləntiləri haqda isə bunları bildirib: 

“Zədəmi tam bərpa etmişəm. Uzun müddət sonra bu cür ağır oyunda 60 dəqiqə meydanda oldum. Bütün komanda, o cümlədən mən çox qaçdıq, mübarizə apardıq. 
Qarşıdakı oyunlarda da baş məşqçimiz şans versə, çalışacam komandam üçün faydalı olum”.

Qeyd edək ki, Mahir Emreli sosial şəbəkə hesabında “Dinamo Zaqreb”in qələbə sevincini əks etdirən video paylaşıb. 

Videoda Zaqrebin “Maksimir” stadionunun paltardəyişmə otağında Azərbaycan bayrağı diqqət çəkib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir