İdman

“Qarabağ”ın legioneri Sadio Mane ilə eyni sırada yer alıb – FOTO

Sharing is caring!

2022/2023 mövsümündə indiyədək ən çox qol vuran seneqallı futbolçuların siyahısı açıqlanıb.

“Report”un məlumatına görə, “10-luq”da “Qarabağ”ın legioneri İbrahima Vadji də yer alıb.

27 yaşlı hücumçu meydana çıxdığı yeddi qarşılaşmada dörd qol vurub. Vadji “Bayern”dən Sadio Mane və Çinin “Şanxay Port” komandasından Şerif Ndiaye ilə birlikdə 2-4-cü yerləri bölüşdürür.

Qeyd edək ki, İbrahima Vadji 2021-ci ilin avqustundan “Qarabağ”da forma geyinir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir