İdman

“Qarabağ”ın kapitanı “Viktoriya” ilə cavab matçını da buraxacaq

Sharing is caring!

“Qarabağ”ın kapitanı Maksim Medvedev Çexiyada “Viktoriya” (Plzen) klubuna qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununu buraxacaq.

“Report”un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında bildirib.

50 yaşlı mütəxəssis təcrübəli müdafiəçinin hələlik kollektivlə məşqlərə qatılmadığını və fərdi hazırlığa yeni başladığını söyləyib.

Qeyd edək ki, avqustun 23-də keçiriləcək “Viktoriya” – “Qarabağ” matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb. Maksim Medvedev İsveçrədə “Sürix”lə 1:1 hesablı heç-heçə etdikləri II təsnifat mərhələsinin cavab oyununda zədələnib. Müdafiəçi bu səbəbdən Macarıstan “Ferentsvaroş”una qarşı III təsnifat mərhələsinin matçlarını, həmçinin “Viktoriya” ilə ilk görüşü buraxıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir