İdman

“Neftçi” səfərdə məğlub oldu – VİDEO

Sharing is caring!

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, “Neftçi” “Sabah”ın qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, “Sabah”ın evdə “Neftçi” üzərində ilk qələbəsi olub.

Bu qələbədən sonra xallarını 9-a çatdıran “Sabah” liderliyini möhkəmlədib. “Neftçi” isə 6 xalla 2-ci pillədə qərarlaşıb.

“Sabah” – “Neftçi” – 2:1

Qollar: Yusuf Laval, 45+2 (0:1), Aleksey İsayev, 78 pen. (1:1), Emmanuel Apeh 90+1 pen (2:1)

Qola çevrilməyən penalti: Kristian Sebalyos, 37 (Sabah)
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Tural Qurbanov

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir