İdman

Çingiz Hüseynzadə: “İslamiadada qazanılan 99 medal yüksək nəticədir”

Sharing is caring!

“Nəticəmiz yaxşı oldu. Əlbəttə, Bakıdakı nəticəni burada təkrarlamaq mümkün deyildi”.

Bunu “Report”un Türkiyənin Konya şəhərinə ezam olunmuş əməkdaşına açıqlamasında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə V İslam Həmrəyliyi Oyunlarındakı nəticəni şərh edərkən deyib.

Funksioner bildirib ki, İslamiadada qazanılan 99 medal yüksək nəticədir: “Onu da qeyd edək ki, ən yaxşı cüdoçularımız gəlməmişdi. Atletimiz Nazim Babayev zədə aldı və medal qazana bilmədi. Nəticəni uğurlu hesab edirəm”.

O, yarışın təşkilatçılığına da toxunub: “Hər şey yaxşı idi. Oyunlar baş tutdu. Detalları Bakıda müzakirə edərik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir