İdman

Azərbaycan gimnastlarından ibarət üçlük İslamiadanın gümüş medalını qazanıb – FOTO

Sharing is caring!

V İslam Həmrəyliyi Oyunlarında aerobika gimnastikası üzrə yarışlarda üçlük tərkibində çıxış edən Azərbaycan gimnastları gümüş medal qazanıblar.

Trend xəbər verir ki, üçlüyün tərkibində aerobika gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri – Xoşqədəm Quliyeva, Mədinə Mustafayeva və Vladimir Dolmatov olublar.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir