“Qarabağ”ın yeni transferi Julio Romao şəxsi “Instagram” hesabında maraqlı paylaşım edib.
Braziliyalı yarımmüdafiəçi Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Ferentsvaroş”la (Macarıstan) Bakıdakı ilk oyunda (1:1) meydana çıxaraq komandada debüt etməsi barədə fikirlərini izləyiciləri ilə bölüşüb:
“Tanrım, səndən aldığım hər şeyə görə minnətdaram. Debüt etdiyim üçün xoşbəxtəm. Mübarizəmizi davam etdirəcəyik”.
Qeyd edək ki, “Qarabağ” Romaonu bu yay Portuqaliyanın “Santa Klara” klubundan transfer edib. Yarımmüdafiəçi ilə 4 illik rəsmi müqavilə imzalanıb.
Xeberal.az