İdman

“Qarabağ” Çempionlar Liqasında ən çox qol vuran komandalar sırasındadır

Sharing is caring!

“Qarabağ” Çempionlar Liqasında vurduğu qol sayında liderlər sırasında olmaqda davam edir.

“Report” xəbər verir ki, III təsnifat mərhələsinin ilk oyunlarında Ağdam klubu ümumilikdə 11 qol vurub.

Bu göstəriciyə görə, “Qarabağ” turnirin III təsnifat mərhələsində rəqibi olan “Ferentsvaroş”la (ilk oyun – 1:1) üçüncü yeri bölüşür. Birinci yerdə Norveçin “Budö Qlimt” (17 qol), ikinci pillədə İslandiyanın “Vikinqur” (12 qol) komandası qərarlaşıb.

Bundan başqa, “Qarabağ”ın braziliyalı futbolçusu Kadi Borges də sıralamada bombardirlər yarışında ikinci yerdədir. O, oynadığı dörd matçda dörd dəfə fərqlənib. Beş qol vuran Viktor Bonifase (“Budö Qlimt”) liderdir.

Həmçinin Azərbaycan millisinin və “Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç ən çox məhsuldar ötürmə verən futbolçuların reytinqində 1-4-cü yerləri bölüşür. Xorvat əsilli futbolçu üç assistə imza atıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir