İdman

Dördqat dünya çempionu karyerasını bitirdi: “Güldürməyi, şokoladı və təzə çörəyin iyini xoşlayıram” – FOTO

Sharing is caring!

Dördqat dünya çempionu, “Formula 1” üzrə dünya çempionatında çıxış edən “Aston Martin” komandasının pilotu Sebastyan Fettel peşəkar karyerasını başa vurur.

Almaniyalı pilot bu barədə öz “Twitter” hesabında məlumat verib.  

Sebastyan Fettel öz statusunda qeyd edib ki, onun həyatı təkcə “Formula 1” trekindən ibarət deyil və həyatının mənasını yalnız idmanda görmür:

“Mən kiməm? Mən Sebastyanam, üç uşaq atası və gözəl qadının əri. Mən ehtiraslı və ya bacarıqlı insanlarla maraqlanıram və onlara asanlıqla heyran oluram.

Mən mükəmməlliyə aludə olmuşam. Mən çöldə olmağı, təbiəti və onun möcüzələrini sevirəm. Mən inadkar və səbirsizəm.

Mən insanları güldürməyi, şokoladı və təzə çörəyin iyini xoşlayıram. Ən sevdiyim rəng mavidir. Dəyişikliyə və tərəqqiyə inanıram. Mən optimistəm və insanların yaxşı olduğuna inanıram”, – dördqat dünya çempionu yazıb.

Qeyd edək ki, Sebastyan Fettel 2007-ci ildə “Formula 1”də debüt edib. Almaniyalı sürücü 2010, 2011, 2012 və 2013-cü illərdə “Red Bull”un heyətində dünya çempionu olub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir