İdman

“Qarabağ”ın 42 milyonluq rəqibi: Əslən naxçıvanlı prezident, 33 çempionluq, 24 kubok – FOTO

Sharing is caring!

“Qarabağ” klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstanın “Ferentsvaroş” klubu ilə qarşılaşacaq.

Oxu.Az klubla bağlı maraqlı məlumatları təqdim edir. 

“Ferentsvaroş” 1899-cu ildə təsis edilib. Klub bu illər ərzində 33 dəfə Macarıstan çempionu, 24 dəfə Macarıstan kubokunun sahibi olub. 

Macarıstan təmsilçisi 1965-ci ildə Yarmarkalar Kubokunun (UEFA Kuboku və Avropa Liqasının sələfi) finalında “Yuventus”a qalib gələrək çempion olub.

Klub ev oyunlarını 22 min tamaşaçı tutumuna malik “Groupama Arena”da keçirir.

2011-ci ildə Macarıstan Milli Assambleyasının üzvü Qabor Qubadov “Ferentsvaroş”un prezidenti təyin edilib. 56 yaşlı Q.Qubadovun atası əslən naxçıvanlıdır, anası isə Macarıstandandır, ailəsi ötən əsrdə Azərbaycandan Macarıstana köç edib. Macarıstan Respublikasının Milli Məclisində Fides partiyasını 2006-cı ildən təmsil edir.

Hazırda “Ferentsvaroş”un nüfuzlu “Transfermarkt” portalındakı ümumi dəyəri 42,45 milyon avro göstərilib. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir