İdman

Avropa çempionatı: Millimiz Ermənistana qalib gəldi – VİDEO

Sharing is caring!

18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.

C divizionunda yer alan yığma B qrupundakı üçüncü matçında Ermənistanla üz-üzə gəlib. “Domus Arena”dakı qarşılaşma Azərbaycanın 76:65 hesablı qələbəsi ilə başa çatıb.

Yığma qrupdakı dördüncü oyununu iyulun 28-də Moldovaya qarşı keçirəcək.

Qeyd edək ki, yığma qrupdakı ilk oyununda “Lüksemburq”a 75:71, ikinci görüşündə isə Cəbəllütariqə 115:60 hesabı ilə qalib gəlib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir