İdman

20 yaşlı braziliyalı futbolçu adam öldürdü

Sharing is caring!

Braziliyanın “Palmeyras” klubunun gənc futbolçusu Renan dəmir barmaqlıqlar arxasına düşə bilər.

Belə ki, Renan San-Paulo şəhərindən təxminən 50 kilometr şimalda idarə etdiyi “Honda Civic” markalı avtomobili ilə hərəkətdə olan motosikletə çırpılıb.

Qəza nəticəsində motosikleti idarə edən 38 yaşlı kişi hadisə yerindəcə ölüb.

Hadisədə diqqəti çəkən digər məqam isə 20 yaşlı Renanın avtomobili sərxoş halda və sürücülük vəsiqəsi olmadan idarə etməsidir.

Artıq futbolçu saxlanılıb. 

Mənbə: Euro-football

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir