İdman

Hari Nevil: “Frenki de Yonq “Barselona”nı məhkəməyə verməlidir”

Sharing is caring!

“Mançester Yunayted”in keçmiş futbolçusu Hari Nevil hesab edir ki, klubun yeni transferi olan niderlandlı Frenki de Yonq “Barselona”nı məhkəməyə verməlidir.

Hari Nevil bu barədə öz “Twitter” hesabında yazıb.

“De Yonq “Barselona”ya qarşı qanuni addımlar atmaq barədə düşünməli və bütün oyunçular onu dəstəkləməlidir! Klubun yeni oyunçulara sərvət xərcləməsi və bunun müqabilində digər oyunçuların maaşını tam ödəməməsi anormal haldır və qanun pozuntusudur”, – deyə 47 yaşlı sabiq futbolçu vurğulayıb.

Qeyd edək ki, daha əvvəl məlum olmuşdu ki, kataloniyalıların baş məşqçisi Xavi niderlandlı yarımmüdafiəçidən maaşını demək olar ki, yarıya endirməyi xahiş edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir